06 Oktyabr 2024 22:45

Sabir bağına dekorativ güllərin əkilməsi davam etdirilib-FOTO

Azadsöz.az xəbər verir ki, 3 iyun 2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən   “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən M.Ə. Sabir  bağına  müxtəlif növ dekorativ güllərin əkilməsi davam  etdirilib.

Əkilməsi  nəzərdə  tutulan ərazinin  torpaq  örtüyü  hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri  görülüb.

Daha sonra  əkilməsi  həyata  keçirilib. Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, bağın  ərazisinə  120 ədəd dekorativ gül əkilib.

Bununla  yanaşı  bağın  yaşıllıq  sahəsinin ot örtüyü biçilərək səliqəyə salınıb.

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov


 

 



 

 

 

 

 

 

 

 

 

grandpashabet alefbahis istanbul travesti