06 İyul 2024 00:09

Magistral avtomobil yollarında görünüş məhdudlaşacaq

Azadsöz.az xəbər verir ki, duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

İyunun 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.