08 İyul 2024 20:29

“Srvena Zvezda”nın yetirməsi “Sabah”da

Azadsöz.az xəbər verir ki, “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə məlumatı klub yayıb.

Məlumata görə, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.

Neqoş “Sabah”da 29 nömrəli formada çıxış edəcək.