08 İyul 2024 21:07

Bu küçədə təmir işləri aparılacaq – Sürücülərin NƏZƏRİNƏ

Azadsöz.az xəbər verir ki, 6 iyul saat 08:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.  

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 
 
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edir.