08 İyul 2024 20:32

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Azadsöz.az xəbər verir ki,  5 iyul Bakı Konqres Mərkəzində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, şagird və valideynlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra respublika fənn olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub. Bildirilib ki, 2023-2024-cü tədris ilində Respublika Fənn Olimpiadalarında 8 fənn və 2 yaş qrupu üzrə ümumilikdə 491 nəfər şagird qalib adına layiq görülüb.

Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.