Azadsöz.az xəbər verir ki, hadisə ötən gün Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay rayonunun Qaraməryəm kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Nazirlikdən verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.