Azadsöz.az xəbər verir ki, Böyük Britaniyanın yeni baş naziri Leyborist Partiyasının rəhbəri Kir Starmer olub.
Kral III Çarlz tərəfindən Nazirlər Kabinetini formalaşdırmaq üçün mandat alan Kir Starmer rəsmi olaraq Böyük Britaniyanın 58-ci baş naziri olub.
Qeyd edək ki, iyulun 4-də Böyük Britaniya parlamentinə keçirilən seçkilərin nəticələri hesablandıqdan sonra Leyboristlər Partiyası mühüm səs çoxluğu ilə qalib gəlib. Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak baş nazir vəzifəsindən istefa edib.