08 İyul 2024 21:34

“Sumqayıt”ın rəqibinindən növbəti qələbə

Azadsöz.az xəbər verir ki, “Sumqayıt”ın Konfrans Liqasında rəqibi “Fehervar” yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Onlar Macarıstanın 2-ci liqa təmsilçisi “Ayka” ilə qarşılaşıblar.

Matç “Sumqayıt”ın rəqibinin 3:2 hesabı ilə qələbəsiylə yekunlaşıb. Bu, Tomaş Petonun komandasının ikinci hazırlıq matçı olub. Onlar daha əvvəl Macarıstanın aşağı liqa təmsilçisi “Babolna”ya 9:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də səfərdə olacaq.