22 Noyabr 2024 18:46

Sarı və narıncı xəbərdarlıq edildi – Küləyə görə

Azadsöz.az xəbər verir ki, iyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıqlar verilib.

Xidmətdən  verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki və Qaxda fasilələrlə Şərq küləyi əsəcək və sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə və Daşkəsəndə Şərq küləyinin əsəcəyi və sürətinin 20.8-28.4 metr/saniyə olacağı gözlənilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul