27 İyul 2024 12:43

Salyanda yük maşını yandı

Azadsöz.az xəbər verir ki, Salyan rayonunun Aşağı Noxudlu kəndində “Daf” markalı yük avtomobilinin qoşqusunun 4 ədəd arxa təkəri yanıb.

Qoşqunun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.