23 Noyabr 2024 19:30

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırıldı-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, Xoruzlu kəndində fəaliyyət göstərən pendir istehsalı sexində yoxlama keçirilib.

Bu  barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yoxlama zamanı sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, sexin qida təhlükəsizliyi qeydiyyatının olmadığı,  emala qəbul edilən südün baytarlıq ekspertizasından keçirilmədiyi və müayinələrinin aparılmadığı, südün qəbulu zamanı heç bir süzücü-təmizləyici qurğudan keçmədən bişmə çəninə töküldüyü məlum olub. Eyni zamanda emal sahəsinin normativlərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul