14 İyun 2024 18:12

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başladı

Azadsöz.az xəbər verir ki, bu gündən dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılıb.

Proses mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.