27 İyul 2024 03:30

“Avion Travel” MMC-nin direktoru HƏBS EDİLDİ (FOTO)

Azadsöz.az xəbər verir ki, Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. 

Bildirilib ki, “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova vətəndaşların viza məsələlərini həll edəcəyi ilə bağlı yalan vədlər verib. 

Qadın həbs edilib. 

Polis bu barədə istintaqa başlayıb.

Qeyd edək ki, “Avion Travel” 2017-ci ildən fəaliyyət göstərir. Bundan əvvəl MMC haqqında bir sıra şikayətlər var idi.