23 May 2024 15:54

Ermənistanda sərhədin demarkasiyasına başlanıldı -YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, bu gün Qazaxın Azərbaycana geri qaytarılacaq 4 kəndinin ərazisində sərhədin demarkasiyası ilə bağlı işlərə başlanılacaq. 

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

“Baqanis-Voskepar hissəsində bu gün sərhədin demarkasiyası ilə bağlı işlərin aparılması planlaşdırılır”, – deyə qeyd olunub. 

Bildirilib ki, ətraf ərazidə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların yaxınlıqdakı minalanmış ərazilərə daxil olmasının qarşısının alınması məqsədilə Bağanis-Voskepar avtomobil yolu bağlanıb: “Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın sərhəd qoşunlarına təhvil veriləcək”.

***
11:22

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında deyilir.