Azadsöz.az xəbər verir ki, Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılması ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.