Azadsöz.az xəbər verir ki, Qırğızıstanın bir sıra mobil operatorları və internet provayderlərinin ölkədə TikTok sosial şəbəkəsinə çıxışı məhdudlaşdırılıb.
Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Rabitə Sənayesində Tənzimləmə və Nəzarət Xidməti provayderlərə müvafiq tələblə məktublar göndərdikdən sonra operatorlar və provayderlər platformaya girişi məhdudlaşdırmağa başlayıblar.
Qırğızıstanın Mədəniyyət Nazirliyi 2023-cü il avqustun sonunda TikTok-u bloklamaq qərarına gəlib və sosial şəbəkəyə girişin məhdudlaşdırılması qərarını Rəqəmsal İnkişaf Nazirliyinə göndərib.
Departament qeyd edib ki, bir sıra təşkilatlardan uşaqların əqli inkişafına və sağlamlığına mənfi təsir göstərən TikTok sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayı artıb.