Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, qəbul keçirilir.
Ədliyyə naziri Fərid Əhmədov 19 avqust 2024-cü il tarixində Şamaxıda rayonunda İsmayıllı, Qəbələ, Ağsu, Göyçay və Şamaxı rayon sakinlərini qəbul edəcək.
Qəbulda vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.
Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.