08 Sentyabr 2024 08:06

Saatlıda tövlə və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, yanğın  hadisəsi  rayonun Yeni Novruzlu kəndində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Saatlı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları 25 m² sahədə və yaxınlığında açıq ərazidə yığılan 15 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.