Azadsöz.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində işlər görülür.
Şöbədən verilən məlumata görə, aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində ötən gün rayon sakinlərindən müvafiq sənədləri olmayan 5 ədəd ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.