Azadsöz.az xəbər verir ki, yanğın hadisəsi rayonun Qaraçinar kəndində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Goranboy Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Belə ki, ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsinin 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.