Azadsöz.az xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda kafe və yaxınlığındakı avtomobil yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, yaxınlıqda dayanan “Subaru” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Yüksək temperaturdan kafenin mətbəxində lambirdən ibarət tavan 21 m² sahədə əriyib.
Kafenin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.