08 Sentyabr 2024 08:08

Neftçalada məktəbdə yanğın baş verib

Azadsöz.az  xəbər  verir  ki, yanğın  hadisəsi  rayonun Cəngan kəndində məktəbdə  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Neftçala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 1200 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 12 m² olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompyuter və dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.