Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 7 dekabr Sərəncamına əsasən, 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasında keçirilib.
Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri səhər saatlarında Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya gəliblər.
İcra başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin, 8 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edərək səs veriblər.
Xatırladaq ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov ( Azadsöz.az televiziyası)