02 May 2024 04:44

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda seçici fəallığı belə olub-FOTO/VİDEO

Məlum olduğu kimi, 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilir.

Azadsöz.az xəbər verir ki, ölkənin hər yerində olduğu kimi Göyçay rayonunun bütün seçki məntəqələrində də seçicilər səsvermə hüququndan istifadə ediblər.

Rayonun mərkəz və kəndlər üzrə 91, 92 saylı Göyçay-Ağdaş və Göyçay Seçki Dairəsinin məntəqələrinin sədrləri səhər saat 08:00-dan seçki məntəqələrini seçicilərin üzünə açaraq seçkiyə start verilib.Seçicilər məntəqələrə axın etməyə başlayıb.

Səs verməyə gələn vətəndaşların barmaqları xüsusi cihazla yoxlanaraq, gözəgörünməyən boya vurulub.Sonra onlara bulitenlər verilib.Bütün məntəqələrdə səsvermənin başlandığı andan seçicilərin yüksək aktivliyi müşahidə olunub.

Məntəqələrdə seçki prosesini canlı izləmək üçün quraşdırılan kameraların fasiləsiz işini təmin etmək üçün elektrik generatorlar qoyulub.

Xatırladaq ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.

 


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka Nağıyev

Arif Heydərov ( Azadsöz.az televiziyası)