23 Noyabr 2024 11:01

Bakıda məktəb binası söküləcək

Azadsöz.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

Söküntü aparılan ərazidə 480 şagird yerlik yeni bina tikiləcək.

Təhsilin İnkişafı Fondu tikinti işlərini Global İnteriors Group şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.

Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçiblər.

Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul