Azadsöz.az xəbər verir ki, 32 yaşlı şəxsin 16 yaşlı yeniyetməni qaçırtması və onunla ailə qurması barədə görüntülər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər.
“Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.