27 İyul 2024 07:36

“Ana” filmi nümayiş olundu

Azadsöz.az xəbər verir ki, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun1944-cü ildə qələmə aldığı eyniadlı əsərin motivləri əsasında lentə alınan və şəhid analarına həsr olunmuş “Ana” filmi nümayiş olundu.

Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov rol alıblar.

Qeyd edək ki, filmdən əldə olunan gəlir “YAŞAT” Fonduna köçürüləcək.