08 Sentyabr 2024 04:49

ABŞ bu il Ukraynaya F-16 qırıcıları verəcək

Azadsöz.az xəbər verir ki, Pentaqonun məqsədi Ukraynanın 2024-cü ildə ilk Amerika F-16 qırıcılarından istifadə etməyə başlamasıdır. 

Bu barədə ABŞ müdafiə nazirinin köməkçisi Selest Uollander bildirib.

Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi deyib ki, Vaşinqton Rusiyaya qarşı mübarizənin əvvəlki iki ilində olduğu kimi Ukraynaya hərbi yardım göndərə bilməz: “Bir neçə ukraynalı pilot ABŞ Hərbi Hava Qüvvələrinin bazasında təlim keçir və məqsəd Ukraynanın bu ilin sonunda həmin təyyarələri istifadə etməyə başlamasıdır”.