16 Sentyabr 2024 23:19

Moskvada Sergey Lavrovla Hakan Fidanın görüşü başlayıb

Azadsöz.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Moskvada rəsmi səfərdədir.

Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü başlayıb.

Məlumata görə, iki ölkə nazirinin görüşündə regional və qlobal, xüsusilə də ikitərəfli münasibətlərin gündəliyində duran məsələlərə dair müzakirələrin aparılması nəzərdə tutulur.