16 Sentyabr 2024 23:17

Bu təhsil müəssisələrində plan yerləri 100 faiz dolub – SİYAHI

Azadsöz.az xəbər verir ki, altı ali təhsil müəssisəsində plan yerləri 100 faiz dolub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 faiz, 23 ali təhsil müəssisəsində 90 faizdən çox dolub.

Qeyd edilib ki, ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80 faizdən çox dolub.

Xatırladaq ki, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb.