Azadsöz.az xəbər verir ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.Məlumata görə, faktla bağlı cinayət işi başlanılıb.