16 Sentyabr 2024 23:02

Bu gün 1000-dən çox namizəd rezidenturaya qəbul imtahanı verib

Azadsöz.az  xəbər  verir  ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib.

Mərkəzdən verilən məlumata görə, imtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.