29 Noyabr 2024 20:30

“Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun doğum günü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki,  44 günlük  Vətən müharibəsində şəhid olan, “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun  doğum günü Şəhidlər Xiyabanında, məzarı önündə  qeyd  olunub.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları,YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,  qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri,  şəhidin ailə üzvləri  və  ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə  Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha  sonra  polkovnik-leytenant Vidadi Xəlilovun  məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış  edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıblar.Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə  çatdırıblar.

Sonra  mərasim  ehsan süfrəsi ilə davam edib.

Qeyd  edək  ki, Xəlilov Vidadi Vaqif oğlu 1982-ci il iyulun 16-da Göyçay rayonunda ziyalı ailəsində anadan olub.1989-cu ildə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 saylı tam orta məktəbə gedib.1999-cu ildə həmin məktəbi bitirib.

Vidadi Xəlilov 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. 2003-cü ildən 2004-cü ilədək Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib.2004-cü ildə Müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib.

2004-2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri. 09. 02.2007-ci il tarixindən 26.11.2009-cu il tarixinədək N saylı hərbi hissədə motoatıcı bölük komandiri, 26.11.2009-cu il tarixindən 29.06.2011-ci il tarixinədək N saylı hərbi hissənin motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi vəzifəsində xidmət edib.

O, 14.11.2014-cü il tarixində Müdafiə nazirinin əmrinə əsasən N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin olunub. 15.02.2016-cı ildə 130 n-li hissədə əməliyyat bölməsi rəisinin müavini, 05.09.2017-ci il tarixindən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi, 04.08.2019-cu ildən isə N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə təyin edilib.

Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində bir daha özünü sübut edərək Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhidlik  zirvəsinə  ucalıb.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.


Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunub.

 

Səbuhi  Eltonlu 

Xüsusi  müxbir: Gülşən  Muradova

Müxbir: Zəka  Nağıyev

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul