16 Sentyabr 2024 22:55

Göyçayda qadını avtomobil VURDU

Azadsöz.az  xəbər  verir  ki, rayon sakini Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə şəhərin Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.

Hadisə zamanı ağır bədən xəsarətləri alan qadın təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.