“Azadsöz.az” 10.07.2023 cü il tarixindən 16.07.2023-cü il tarixinə kimi Göyçay rayonunun kəndlər üzrə görülən işlərin həftəlik icmalını təqdim edir:
Azadsöz.az xəbər verir ki, 15 iyul 2023-cü il tarixdə rayonun Potu, Cəyirli, Türkmən, Kürdəmiş, Müskürlü və Qarabaqqal kəndlərində torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə suvarma arxları lil və çöküntülərdən, kol-kosdan təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.
Azadsöz.az xəbər verir ki, 15 iyul 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin və rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzəri nümayəndəliyinin əməkdaşlarının birgə iştirakı ilə nümayəndəliyə daxil olan Çayarxı, Hacalıkənd və Qarabaqqal kəndlərinin sakinləri ilə taxıl biçini və ot tədarükü dövründə yanğın təhlükəsizliyi barədə maarifləndirici görüş keçirilib.
Görüşdə dənli bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də təhlükəsizliyin təmin olunması məqsədilə görülməli olan zəruri tədbirlər barədə məlumat verilmiş, sakinləri maraqlandıran suallar cavablandırılıbdır.
Azadsöz.az xəbər verir ki, iyulun 12-də rayon İcra Hakimiyyəti başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kənd sakinlərinin və avtomobillərin rahat gediş-gəlişinin təmin olunması üçün Çərəkə kəndinin daxili yolları qreyderlə hamarlanaraq cari təmir işləri aparılıb.
Azadsöz.az xəbər verir ki, iyulun 12-də rayon İcra Hakimiyyəti başçısının Qarabaqqal, Çərəkə və Yalman kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə kəndin mərkəzi yollarının kənarları kol-kosdan, alaq otlarında təmizlənərək abadlıq işləri aparılır.
Azadsöz.az xəbər verir ki, 12 iyul 2023-cü il tarixdə rayonun Mallı Şıxlı kəndində uzun müddət suvarma suyu ilə təmin olunmayan ərazilərə gedən arx rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə qazılaraq lil və çöküntülərdən təmizlənmiş və həmin ərazilərdə vətəndaşların əkin sahələrinin vaxtında suvarılması təmin edilib.
Azadsöz.az xəbər verir ki, 11 iyul 2023-cü il tarixdə şəhərin Heydər Əliyev prospektində və Rəsul Rza küçəsində avtomobillərin rahat gediş-gəlişinin təmin olunması üçün yolun dağılmış hissələrinə asfalt örtüyü çəkilərək cari təmir işləri aparılıb.
Görülən işlərlə yanaşı A.Faruq, 20 Yanvar və İ.Göyçaylı küçələrindən keçən su bərələri lil və çöküntülərdən təmizlənərək qaydaya salınıb.
Azadsöz.az xəbər verir ki, 10 iyul 2023-cü il tarixdə rayonun Şəhadət və Yalman kəndlərində yolların kənarları, təbii qaz xətlərinin üzəri kol-kosdan, alaq otlarından təmizlənməsi işləri aparılıb.
Azadsöz.az xəbər verir ki, 10 iyul 2023-cü il tarixdə rayonun Çaxırlı və Yalman kəndlərində vətəndaşların torpaq sahələrinin yaxınlığından keçən suvarma arxları lil və çöküntülərdən təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.
Azadsöz.az xəbər verir ki, 10 iyul 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Alxasava, Kürdşaban, Bığır kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı və kənd sakinlərinin dəstəyi ilə qəbiristanlıqlarda, şəhid bulaqlarının ətrafında təmizlik işləri aparılıb.
Rayonun digər kəndlərində də qəbiristanlıq ərazilərində təmizlik işlərinin görülməsi davam etdirilir.
Səbuhi Eltonlu
Gülşən Muradova