16 Sentyabr 2024 22:58

Göyçayda tutulan bərə açıldı-VİDEO

Azadsöz.az xəbər verir ki, 16 iyul  saat 01:52  radələrində  Göyçay  rayon Sanitar-Təmizlik  İdarəsinin  rəhbəri  Ruslan  Məmmədov  rayon  ərazisində görülən  təmizlik  işlərinə  baxış  keçirən  zaman rayonun Rəsul  Rza küçəsindən  keçən bərənin  tutulması ilə  qarşılaşıb. 

Belə  ki, sözügedən küçədən  keçən  bərə qurumuş  xəzəl yarpaqları və digər  tullantılarla  tutularaq, axının  qarşısı  kəsilibdir. Nəticədə də  su daşaraq  ətrafa  yayılıb. Təmizlik  işçiləri tərəfindən  qeyd olunan  bərə  təmizlənib, açılaraq  qaydaya  salınıbdır.

Bildirək  ki, Sanitar-Təmizlik  İdarəsi  rayonun prospekt və  küçələrində  səliqə-sahman  işlərini gündəlik olaraq aparır.

Səbuhi  Eltonlu 

Xüsusi  müxbir: Gülşən  Muradova

Müxbir:Zəka  Nağıyev