16 Sentyabr 2024 23:27

Büdcəyə bərpa edilən vəsaitin həcmi AÇIQLANDI

Azadsöz.az xəbər verir ki,Hesablama Palatası tərəfindən bu ilin birinci yarısında da əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılıb.

Bu, Hesablama Palatasının 2023-cü ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.

Əvvəlki illərin nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpa təklifi ilə bağlı qalan 25,5 mln. manatın 5,9 mln. manatının 2023-cü ilin ilk 6 ayında pul və əvəzləşdirmə formasında bərpası təmin edilib.

Cari ilin İş Planına əsasən başa çatdırılmış nəzarət tədbirləri ilə aşkarlanmış 23,4 mln. manat məbləğində maliyyə pozuntuları üzrə bərpa haqqında qərar qəbul edilməyib.

Qeyd edək ki, bu məbləğin əsas hissəsini əhaliyə sosial xarakterli ödənişlər təşkil edir.