16 Sentyabr 2024 23:02

“Bavariya”dan Keyn üçün yeni təklif

Azadsöz.az xəbər verir ki, “Bavariya” Harri Keynin transferi üçün “Tottenhem”ə növbəti təklif göndərib.

Münhen klubu London təmsilçisinə  80 milyon avro və əlavə bonuslar təklif edib. Bildirilib ki, “Bavariya” ilkin təklifini xeyli yaxşılaşdırıb və “Tottenhem”in razılığına ümid edir. 

Xatırladaq ki, “Tottenhem” Münhen klubunun ilkin 70 milyon avroluq təklifini rədd etmişdi. 2022/2023 mövsümündə Keyn İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 30 qol vurub və 3 qolun ötürməsini verib.