19 Sentyabr 2024 04:17

Sabirabadda əmisi oğlunun həyətində narkotik yetişdirən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatına görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Minbaşı kənd sakini Xeyrəddin Fərəcov saxlanılıb. O, ilkin dindirilmə zamanı qeyd edilən cinayət əməli ilə məşğul olduğunu və heç kimin şübhələnməməsi üçün çətənə bitkilərini rayonun Qarağac kəndində yerləşən əmisi oğluna məxsus fərdi yaşayış evinin həyətində əkdiyini etiraf edib.

Polis əməkdaşları tərəfindən qeyd edilən ünvana keçirilən baxış zamanı həyətyanı sahədən, eləcə həyətdə olan yarımtikilidən hündürlüyü 3 metrə qədər, yaş çəkisi isə 91 kiloqramdan artıq olan 249 ədəd çətənə kolu və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com