Azadsöz.az xəbər verir ki, ABŞ iyulun 7-də Ukraynaya kaset sursatları ilə yeni hərbi yardım elan edəcək.
Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .
Bundan əvvəl Ağ Evin mətbuat katibinin müavini Endryu Beys ABŞ prezidenti Co Baydenin təyyarəsində jurnalistlərə deyib ki, ABŞ hakimiyyəti Ukraynaya kaset sursatlarının tədarükü məsələsini fəal şəkildə nəzərdən keçirir .
Eyni zamanda, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Ukraynaya kaset sursatlarının mümkün tədarükünü “eskalasiyaya doğru daha bir addım” adlandırıb .
İyulun 6-da Amerikanın “The New York Times” qəzeti də ABŞ prezident administrasiyasının nümayəndəsi Co Baydenə istinadən yazıb ki, Vaşinqton Kiyevə kasetli sursat göndərmək qərarına gəlib . Qəzet qeyd edir ki, ABŞ prezidenti Co Bayden administrasiyası artıq Kiyevə kaset sursatlarının tədarükü ilə bağlı razılığa gəlib.