Azadsöz.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, İnam Kərimov həmçinin Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca və ədliyyə naziri Yılmaz Tuncla da görüşüb.