Azadsöz.az xəbər verir ki, sabah Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanacaq.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, bələdiyyə seçkilərinin tarixinin açıqlanması üçün sabah MSK-nin iclasi təyin edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanuna əsasən ölkədə bələdiyyələrin ümumi sayı 685-ə endirilib.