29 Noyabr 2024 20:39

Son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub – Fərid Qayıbov

Azadsöz.az xəbər verir ki,  son bir il ərzində Azərbaycanla UNESCO arasında əməkdaşlıq son dərəcə aktiv olub.

Bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) bağlanış nərasimində deyib.

“Konfrans UNESCO ilə 50-dən çox birgə tədbir üçün başlanğıc nöqtəsidir. Bu, tərəfdaşlarımız, jurnalistlər və maraqlı tərəfləri ruhlandırmaq üçün əla stimuldur. Biz birlikdə irəli gedə və uğur əldə edə bilərik”, – deyə F.Qayıbov vurğulayıb.

O son il ərzində Azərbaycanın UNESCO ilə qarşılıqlı fəaliyyətdə yüksək aktivlik nümayiş etdirdiyini və idman sahəsinin gücləndirilməsi üzrə tədbirlərin icrasına keçməyin vaxtı gəldiyini qeyd edib.

Qeyd edək ki, iyunun 26-29-da Bakıda 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunduğu bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul