Azadsöz.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Fətvada Qurban bayramı namazının vaxtı açıqlanıb.
Bayramla əlaqədar respublikanın hər yerində olduğu kimi Göyçay rayonunda da fətvaya əsasən, iyunun 28-də bayram namazı qılınacaq.
Belə ki, Göyçay şəhər Əbəlfəzlil-Abbas məscidində bayram namazı saat 09:00-da, Göyçay şəhər Mərkəzi Cümə məscidində isə saat 07:00-da qılınacaq.
Qeyd edək ki, “AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə bayram namazı qılınacaqdır”.