06 May 2024 02:38

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda hansı qurumlar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq?.-RƏSMİ AÇIQLAMA YOXDUR/VİDEO

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və 28, 29-u isə Qurban bayramı günləri ilə  əlaqədar  iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.

Qərara  əsasən,  iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Belə  ki, 26 iyundan  2 iyula  kimi  ölkə  ərazisində  qeyri-iş  günüdür.Respublikanın  hər yerində  olduğu  kimi  Göyçay  rayonunda  da  istirahət  günü  olmasına  baxmayaraq,  rayonda  fəaliyyət  göstərən  bir  çox  idarə, müəssisə və təşkilatların  rəhbərləri  gücləndirilmiş  iş  rejimində fəaliyyət  göstərməkləri  qaçılmazdı.Amma, hələ  ki, heç  bir  qurum gücləndirilmiş iş rejimində işləməkləri  ilə  bağlı  Göyçay  mətbuatı olan Azadsöz.az-a  bir  açıqlama  verməyiblər.

Ötən gün  bununla  bağlı   facebook   vasitəsilə  çağırış  etməyimizə baxmayaraq bir  nəticə  yoxdur.Görünür  çağırış  etməyimizi  görməyiblər  bəlkə  də  görüblər  görməməzlikdən gəliblər.

İnanırıq  ki,  bu  paylaşımızdan  sonra  rayonda  fəaliyyət  göstərən  bir  çox  qurumlar  açıqlama verəcəklər.

Unutmasınlar ki, məlumat  vermək  vəzifə  borclarıdır.