Azadsöz.az xəbər verir ki, 24 iyun 2023-cü ildə Göyçay rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, Göyçay İnkişaf Mərkəzinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının,Göyçay-Süd ASC-nin, Education HUB VƏ AIESEC Azərbaycan Gənclər Təşkilatının, Göyçay Peşə Hazırlığı Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə tərəfdaşlığı ilə Göyçay şəhərində 2-ci “Aqroturizm və Sosial Sahibkarlıq festivalı keçirilib.
Festivalın təşkilində əsas məqsəd regionda aqroturizmin və ekoturizmin, eləcə də qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə maraqlarını artırmaq, aqroturizm sahəsində idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, Peşə Hazırlığı Mərkəzlərinin müdavimləri, xüsusilə də gənclər üçün əlavə gəlir və qazanc gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərinin inkişafına dəstək göstərməkdir.
Festivalda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Göyçay rayonunun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev aqroturizmin ölkəmizdə getdikcə daha geniş yayıldığını, əhalinin məşğulluğunun təmin olunmasında bu sahənin geniş imkanlarının olduğunu vurğulayıb.Aqroturizmin ölkəmizdə əlavə gəlir və qazanc gətirən bir sahə olduğunu diqqətə çatdıraraq, yerli sahibkarların maraqlarını bu sahədə artırmaqla yeni iş yerləri yaradılmasının, sosial-mədəni xidmət sahələrinin inkişafının əsas olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Bariz Mehdiyev, AIESEC Azərbaycan Gənclər Təşkilatının sədri Sevil İsmayılova və digər rəsmi şəxslər çıxış edərək, bildiriblər ki, ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasında aqroturizmin əhəmiyyətli rol oduğunu qeyd ediblər.Aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verildiyini, müxtəlif sahələrin inkişafına yol açıldığını vurğulayıblar.
Daha sonra gənclərin ifasında musiqi parçaları dinlənilib, mili rəqs nömrələri təqdim olunub.
Sonda Festivalda Göyçay və ətraf rayonlardan dəvət olunmuş aqroturizmlə məşğul olan şəxslərin təsərrüfatlarından eləcə də müxtəlif əl işləri olan şəxslərin məhsullarından ibarət sərgilərə baxış keçirilib.