Azadsöz.az xəbər verir ki, Göyçay Gənclər və İdman sektorunun və Göyçay şəhər stadionun birgə təşkilatçılığı ilə şəhidlərin “27 sentyabr- Anım Günü” nə həsr edilmiş futbol yarışmasında “Bığır” və “Müəllimlər” komandası arasında keçirilən final oyununda qalib müəyyən olunub.
Oyunu rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimayyət nümayəndələri izləyiblər.
Qarşılaşmanın birinci hissəsində üstünlüyü ələ alan ” Müəllimlər” komandası “Bığır” komandasının qapısına 6 top vuraraq fasiləyə 6:0 qələbə hesabı ilə yollanıb.
Oyunun ikinci hissəsində “Bığır” komandası gərgin oyun nümayiş etdirsələrdə üstünlük əldə edə bilməyiblər. ” Müəllimlər” komandası rəqib komandanın qapısına qol vuraraq 7:0 hesabı ilə qələbə qazanıb. “Müəllimlər” komandası “Bığır”-a qalib gələrək rayon çempionu olub.
Qeyd edək ki, qaliblərin təltif olunma mərasimi keçirilib. 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri elan olunub, qaliblər mükafatlandırılıb. 1-ci yerə “Müəllimlər” komandası, 2-ci yerə “Bığır” komandası və 3-cü yerə isə AZNAR komandası layiq görülüb.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Kərimlinin atası Akif Kərimli qaliblərə medal, diplom və kuboku təqdim edib.
Səbuhi Eltonlu