Azadsöz.az xəbər verir ki, rayonun Veri Əliabadı kəndində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Lerik Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilir ki, ümumi sahəsi 32 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.