Azadsöz.az xəbər verir ki, Rusiyanın Rostov vilayətinin qubernatoru sakinlərdən evlərini tərk etməməyi xahiş edib.
Bu barədə Vasili Qolubev “Telegram” kanalında yazıb.
“Mövcud vəziyyət asayişi qorumaq üçün bütün qüvvələrin maksimum konsentrasiyasını tələb edir. Hüquq-mühafizə orqanları ərazidə sakinlərin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. Hər kəsdən sakit olmağı və ehtiyac olmadan evi tərk etməməyi xahiş edirəm”, – deyə mer yazıb.