20 Sentyabr 2024 07:00

Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 24 iyun 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Göyçay çayının sahilində təmizlik aksiyası keçirilib.


Göyçay çayının sahilində keçirilən təmizlik aksiyasında Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Göyçay bələdiyyəsinin üzvləri və Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.

İməcliyin keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.


Ərazidə çayın kənarı tullantılardan, kol-kosdan təmizlənmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq edilərək ağacların suvarılması təmin edilmişdir.

 

 

Müxbir:Zəka  Nağıyev

Xüsusi  müxbir: Gülşən  Muradova

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com